Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında istehlakçılara 21,1 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% çox məhsul satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,1%, qeyri-ərzaq məhsulları üzrə isə 0,9% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

A.M.

0
5