Neftin qiyməti birillik maksimuma çatıb

Neftin qiyməti birillik maksimuma çatıb

Bu gün beynəlxalq birjalarda “Brent” markalı neftin qiyməti 2,5% artaraq 53 dollar/barel həddini ötüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, buna səbəb İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda neft hasilatçısı olan ölkələrin rəsmiləri tərəfindən hasilatın azaldılması ilə bağlı səsləndirilən müsbət açıqlamalar olub.

Forumdan verilən xəbərlərə əsasən, oktyabrın 12-də forum çərçivəsində keçiriləcək çoxtərəfli görüşlərdə hasilatın azaldılması və yeni neft hasilatçısı ölkələr alyansının yaradılması qərarı müzalkirə oluna bilər.

Qeyd edək ki, bununla da neftin qiyməti son bir ilin maksimal səviyyyəsinə yüksəlib. Belə ki, ötən ilin oktyabrın 12-də “Brent” markalı neft 53,31 dollar/barelə satılıb. Neft qiymətlərinin 55 dollar/barelə qədər artması gözlənilir.

A.M.

0
6