Bakıda 80 yaşlı kişi həyat yoldaşını qanına qəltan etdi

Bakıda 80 yaşlı kişi həyat yoldaşını qanına qəltan etdi

Hadisə mənzildə baş verib.

Bakının Nəsimi rayonunda ahıl kişi həyat yoldaşını qətlə yetirib.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, həmin rayon sakini Hüseynov Abbasəli Qəmbər oğlu yaşadığı mənzildə həyat yoldaşı Kərimova Nisə İslam qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, ər və arvadın hər ikisi 1936-cı il təvəllüdlüdür.

0
20