“PwC Azərbaycan”da yeni partnyorlar – FOTO

“PwC Azərbaycan”da yeni partnyorlar – FOTO

“PwC Azərbaycan” Vergi və hüquq praktikasına Maykl Ahern, Məsləhət xidmətləri praktikasına isə Emin Şıxqayıbov partnyor vəzifəsinə təyin edilib.

Oxu.Az-a şirkətdən verilən məlumata görə, “PwC Azərbaycan”ın Ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev öz vəzifəsində şirkətə rəhbərlik etməkdə davam edəcək, şirkətin qlobal və regional strategiyasını icra edib, seçilmiş müştərilər ilə daha yaxından işləyəcək.

Petko Dimitrov Audit praktikasının rəhbəri vəzifəsini icra etməkdə davam edəcək.

Maykl Ahern Mərkəzi-Şərqi Avropa və Afrikada müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son dövrlərdə o, Qazaxıstan və Avrasiyada Vergi və hüquq praktikasına rəhbərlik edib.

Maliyyə idarəetməsi və konsaltinq sahəsində 15 ildən artıq təcrübəsi olan Emin neft və qaz sənayesində bir sıra aparıcı layihələrə rəhbərlik edib.

Bu təyinatlar ilə “PwC Azərbaycan”da audit, vergi, hüquq və məsləhət xidmətlərinə rəhbərlik edən partnyorların sayı dördə çatıb. Bu, şirkətimizin 1995-ci ildən bəri davamlı olaraq Azərbaycana verdiyi töhfəsini və öz müştərilərinə təklif etdiyi xidmətləri genişləndirdiyini təcəssüm etdirir.

Qeyd edək ki, “PwC Azərbaycan” müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. “PwC” Bakı ofisində 6 ölkədən 130-dan çox əməkdaşımız yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. “PwC”-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir.

“PwC” dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 208 min mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com.

“PwC” son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırmışdlr.

Bu gün regionda 29 ölkə üzrə 55 ofisimizdə çalışan 8,800 mütəxəssis yerli bazarlarda müştərilərimizin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına köməklik göstərir.

U.A.

0
14