Afaq Aslan türkiyəli müğənnini Bakıya gətirir – FOTO

Afaq Aslan türkiyəli müğənnini Bakıya gətirir – FOTO

Türkiyənin tanınmış müğənnisi Bayhan Gürhan Azərbaycana gələcək.

Bu barədə Oxu.Az-a müğənni Afaq Aslan məlumat verib.

O bildirib ki, türkiyəli həmkarı ilə Bakıda konsert verəcək:

“Xatırlayırsınızsa, bir müddət əvvəl açıqlamamda söyləmişdim ki, Türkiyədə layihə üzərində çalışıram. Orada olanda Bayhanla Bakıda konsert vermək barədə danışdıq. Müsbət razılıq əldə olundu. 10 nəfərlik canlı orkestrla səhnəyə çıxacaq.

Bundan başqa, yeni mahnılar və fotosessiya üzərində çalışıram. Əminliklə deyə bilərəm ki, Azərbaycanda heç bir müğənni belə bir cəsarətli fotosessiya həyata keçirməyib. Bunu mən edəcəyəm”.

Aytən Sadıqzadə

0
20