Norveç qələbəsinə görə futbolçularaBÖYÜK MÜKAFAT

Norveç qələbəsinə görə futbolçularaBÖYÜK MÜKAFAT

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanması futbolçuların cibini də dolrurub.

Lent.az futboll.az-a istinadla xəbər verir ki, AFFA qələbəyə görə fantastik mükafat ayırıb.

Məlumata görə, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək. Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq. Bu isə 37500 manat deməkdir. Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manatdır. Bu isə o deməkdir ki, futbolçular üçün 887500 manatlıq mükafat büdcəsi ayrılıb.

Bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafat 1 milyon manatı keçir.

0
4