Bakıda kişi özünü tuneldən atmaq istədi – FOTO

Bakıda kişi özünü tuneldən atmaq istədi – FOTO

Quliyevi intihara sürükləyən qəribə səbəb məlum olub.

Bakıda sərxoş kişi intihara cəhd edib.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yeraltı avtomobil tunelinin üzərinə çıxması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:50-də başa çatıb.

APA-nın məlumatına görə, intihara cəhd edən şəxsi 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu olub.

Kişi sərxoş olub, telefonunun ekranının sındığını deyib və yeni telefon tələb edib.

0
23