SOCAR Avstriyanın neft terminalını alır

SOCAR Avstriyanın neft terminalını alır

Şirkət “Petrol Ofisi A. Ş.” ilə razılığa gəlib.“SOCAR tərəfindən “Petrol Ofisi A. Ş.”-yə məxsus Aliağa terminalının alınması ilə şirkətimizin Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 18 milyard dollara çatacaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji A. Ş.”-nin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR Türkiyə tarixində birbaşa investisiya yatıran ən iri investor ünvanını əldə etməklə qürur duyur: “Bu investisiyalar bizim qardaş ölkəyə olan inamımızdan irəli gəlir. Terminalın tutumu 200 min kubmetr təşkil edir.

Gələcəkdə tutumu 700 min kubmetrədək artırmaq mümkün olacaq. Bundan başqa, terminalda əlavə olaraq 45 min kubmetrlik LPG üçün saxlanc var”.

Qeyd edək ki, Avstriyanın “OMV Group” şirkətinin yaydığı məlumata görə, “Petrol Ofisi A. Ş.”-nin Türkiyənin İzmir şəhərində yerləşən Aliağa terminalının SOCAR-ın strukturuna daxil olan beynəlxalq investisiya qrupuna satılacağı ilə bağlı razılıq əldə olunub. Bildirilir ki, razılaşma bu ilin sonunadək rəsmiləşəcək.

U.A.

0
5