Abşeron sakinləri aksiya keçirdi

Abşeron sakinləri aksiya keçirdi

Sakinlər təbii qazın verilməməsindən şikayətlənir.

Oktyabrın 9-da “Abşeron” Gənclər şəhərciyinin sakinləri etiraz aksiyası keçirib.

Oxu.Az Meydan TV-yə istinadən xəbər verir ki, sakinlər “Akkord” Şirkətlər Qrupunun tikdiyi binaların keyfiyyətsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, 5 ildir şirkət vəd versə də, binalar mavi yanacaqla təmin edilmir.

Hadisə yerinə gələn “Azəriqaz” əməkdaşı “Akkord”un onlara 1 milyon manata yaxın borcu olduğunu və bu günə qədər “Azəriqaz” tərəfindən göstərilən xidmətə görə şirkətin ödəniş etmədiyini bildirib.

“Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxlamaq mümkün olmayıb.

U.A.

0
4