Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar

Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar

Ermənistanda “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, naməlum şəxs G.Mkrtçyanın Vanadzordakı malikanəsində dayanmış xidməti avtomobilinə tərəf qumbara tullayıb.

Partlayış nəticəsində malikanənin həyətindəki beton örtük və maşına ziyan vurulub.

Hadisə yerinə baxış nəticəsində qumbaranın qəlpələri, yayı və bəzi hissələri aşkar edilib.

Əmlakın qəsdən məhv edilməsi faktı üzrə cinayət işi başladılıb.

G.Mkrtçyan zərərçəkən qismində dindirilib. Bir sıra ekspertizalar təyin edilib.

N.O.

0
9