Nazir: Neftin qiyməti 60 dollara çata bilər

Nazir: Neftin qiyməti 60 dollara çata bilər

“Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər”.

Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih bildirib.

“Tam əminliklə demək mümkün deyil. Ancaq ilin sonuna qədər neftin bir bareli 60 dollar ola bilər”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, qiymətləri müəyyən etmək və formalaşdırmaq onların işi deyil: “Bizim üçün tələb və təklif arasında balansın olması əsasdır. Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”, - deyə əl-Falih bildirib.

U.A.

0
8