Sabah Azərbaycanda yağış yağacağı gözlənilir

Sabah Azərbaycanda yağış yağacağı gözlənilir

Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə yarımadada 14-17° isti, gündüz 20-23° isti, Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

N.O.

0
9