Tramp: "Prezident seçilsəm Klintonu həbs etdirəcəm"

Tramp: "Prezident seçilsəm Klintonu həbs etdirəcəm"

Noyabrın 9-da ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi namizədlər Hillari Klinton və Donald Tramp növbəti dəfə başabaş debata çıxıb.

Lent.az “New York Times”a istinadən xəbər verir ki, budəfəki debat namizədlərin bir-birinə sərt hücumu ilə başlayıb və daha sonra "sərhədli nəzakətə" çevrilib.

Demokratların namizədi Hillari Klintonun “Tramp prezidentliyə uyğun namizəd deyil” üslubu ilə idarə etdiyi və rəqibini məğlub etdiyi qarşıdurmada Tramp rəqibini həbs etdirməklə hədələyib.

O bildirib ki, prezident seçiləcəyi təqdirdə Hillari Klintonun elektron yazışmalarını araşdırmaq üçün xüsusi cinayət işi açdıracaq və bu işi araşdırmaq üçün özəl prokuror təyin edəcək. Donald Tramp həmin cinayət işi üzrə Hillari Klintonun həbsinə nail olacağını da əlavə edib.

Qeyd edək ki, Hillari Klinton dövlət katibi işlədiyi dövrdə rəsmi yazışmaları şəxsi e-mail hesabından apardığı üçün haqqında araşdırma aparılmışdı.

0
8