Mobil telefon satanlara xəbərdarlıq - VİDEO

Mobil telefon satanlara xəbərdarlıq - VİDEO

Satıcıların bir çoxunun IMEI qeydiyyatından xəbəri yoxdur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İstehlakçıların hüquqlarının qorunması məqsədi ilə telefon satanlara xəbərdarlıq edib. Satış məntəqələrində yoxlamalara başlanılacaq. Telefonların sertifikatının, eyni zamanda IMEI nömrələrinin qeydiyyatda olub-olmaması yoxlanılacaq. Sertifikatsız, həmçinin IMEI nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslər cərimələnəcəklər.

Satıcıların bir çoxunun isə telefon sertifikatından və IMEI qeydiyyatından xəbəri yoxdur.

Satıcılar, alıcıların telefonun oğurluq və qanunsuz olub olmadığını, lisenziyalı satışını sübuta yetirən sertifikatdan çox onun texniki göstəriciləri, zəmanəti və proqramları haqqında maraqlandıqlarını deyirlər. Məhz bu səbəbdən də onlar bu sahəyə maraq göstərmirlər.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

0
36