Dolları ən baha alan və ən ucuz satan banklar

Dolları ən baha alan və ən ucuz satan banklar

Bu gün dolları ən baha alan və ən ucuz satan banklar məlum olub.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu gün dolları ən baha “Kapital Bank” (1,5820 manat), “Amrahbank” (1,5800), “AtaBank” (1,5800 manat), “Bank of Baku” (1,5800 manat), “DəmirBank” (1,5800 manat), “Muğanbank” (1,5800 manat), “Unibank” (1,5800 manat), “Ziraat Bank Azərbaycan” (1,5800 manat) və “Nikoil Bank” (1,5800 manat) alır.

Digər banklarda dolların alış kursu 1,56 və 1,57 manat səviyyələrindədir.

Dolları ən ucuz satan banklar isə “Bank of Baku” (1,6010 manat), “Kapital Bank” (1,6040 manat), “Azərbaycan Sənaye Bankı” (1,6050 manat) və “Bank Respublika”-dır (1,6050 manat).

U.A.

0
7