Strasburqda AŞPA-nın sessiyası başlayır

Strasburqda AŞPA-nın sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası işinə başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə Report AŞPA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Sessiyanın gedişində parlamentarilər qarşısında Fransa prezidenti Fransua Olland, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edəcək.

Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA deputatlarının suallarını cavablandıracaq.

Oktyabrın 11-də sessiya çərçivəsində Azərbaycandan və Makedoniyadan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi keçiriləcək.

Sessiya zamanı deputatlar Türkiyə və Ukraynadakı vəziyyəti, eləcə də digər aktual məsələləri müzakirə edəcəklər.

AŞPA sessiyası işinə oktyabrın 14-də yekun vuracaq.

N.O.

0
7