Daha bir öldürülmüş erməni kapitanı

Daha bir öldürülmüş erməni kapitanı

Qaboyan Qarabağın şimalında gedən döyüşlərdə məhv edilib.

Azərbaycan tərəfinin təhvil verdiyi 23 yaşlı Ermənistan ordusunun kapitanı Arqişti Qaboyanın meyitini qohumları tanıyıblar, Oxu.Az News.am-a istinadən xəbər verir.

Məlumata əsasən, Ermənistanın Şirakski vilayətindən olan Qaboyan bölük komadiri olub və Qarabağın şimalında Talış kəndi ətrafında döyüşlərdə məhv edilib.

Xatırladaq ki, erməni hərbçisinin cəsədi bu gün aprelin 20-də BQXK və ATƏT-in vasitəçiliyi ilə təhvil verilib.

0
25