Komitə: Hərraca 50-dən çox dövlət müəssisəsi çıxarılacaq

Komitə: Hərraca 50-dən çox dövlət müəssisəsi çıxarılacaq

Obyektlərin hərrac qiymətləri 6 min 500 manatdan 800 min manatadəkdir.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb.

Bu, dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən açıq səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kənd-kimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr var. Belə ki, bu səhmdar cəmiyyətləri arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcəbədi Pamıq”, “Biləsuvar Pambıq, “Zaqatala Sənaye”, “Bərdə Dəmir Beton-9” və digər müəssisələr də yer alır.

Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılacaq. Bu obyektlər sırasında Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir.

Bunlar sırasında 10 kvadratmetrdən başlayaraq 400 kvadratmetrədək olan obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 6 min 500 manatdan 800 min manatadəkdir.

U.A.

0
17