Azərbaycanda məhkəmə hakimi vəfat edib – FOTO

Azərbaycanda məhkəmə hakimi vəfat edib – FOTO

Azərbaycanda məhkəmə hakimi vəfat edib.

Oxu.Az Report-a xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin hakimi 56 yaşlı Zərbəli Zərbəliyev dünyasını dəyişib.

Qeyd edək ki, Z.Zərbəliyev 1960-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, 1989-1992-cü illərdə Bakı şəhəri 26 Bakı komissarı (indi Səbail) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1992-1993-cü illərdə Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankının hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, 1993-2000-ci illərdə Respublika Prokurorluğu Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin mühüm işlər üzrə şöbəsində prokuror, 2000-2007-ci ildə 3 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007-2011-ci ildə Gəncə Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2014-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2014-cü ildən isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyib.

E.Ə.

0
6