Çində dörd ev uçdu

Çində dörd ev uçdu

Çinin Çjetsyan əyalətində dörd yaşayış evi uçub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxt ilə saat 04:00 radələrində Vençjou şəhərində qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata əsasən, dağıntılar altında 20 nəfər qalıb. 6 nəfərin xilas edildiyi bildirilir.

 Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. İnsidentin səbəbləri araşdırılır. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

0
14