Futbolçuya yaşıl kart göstərildi - FUTBOL TARİXİNDƏ İLK

Futbolçuya yaşıl kart göstərildi - FUTBOL TARİXİNDƏ İLK

Futbol tarixində ilk dəfə futbolçuya yaşıl kart göstərilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu hadisə İtaliya çempionatının "B" seriyasının 7-ci turunda qeydə alınıb.

"Viçentsa" klubunun hücumçusu Kristiano Qalano rəqib qapısı istiqamətində zərbə endirib və top hədəfdən yan keçib. Hakim isə zərbədən sonra opun digər klubun müdafiəçisinə dəydiyini zənn edib və küncü göstərib. Bu an ona yaxınlaşan Qallano qərarın yanlış olduğunu bildirib. Hakim isə ona yaşıl kart göstərib.

Xatırladaq ki, yaşıl kart qırmızı və sarıdan fərqli olaraq cəza mənasını vermir. Bu kart oyunçunun ədalətli olmasını nümayiş etdirir və protokola daxil edilmir.

Yaşıl kartın göstərilməsinə İtaliya "B" seriyasında bu ildən başlanıb.

0
14