“Metyu” qasırğası qurbanlarının sayı 15-ə çatdı - ABŞ-da

“Metyu” qasırğası qurbanlarının sayı 15-ə çatdı - ABŞ-da

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox adam Şimali Karolina ştatında ölüb. Burada təbii fəlakət 7 nəfərin həyatına son qoyub.

Ölüm halları həmçinin Cənubi Karolina, Florida və Corciya ştatlarında qeydə alınıb.

“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.  Qasırğa  Haitidə 877 nəfərin ölümünə səbəb olub.

0
15