Dağıstanda antiterror əməliyyatı keçirilir

Dağıstanda antiterror əməliyyatı keçirilir

Dağıstanın сənubunda, Süleyman-Stal  rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının  nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “ Süleyman-Stal  rayonunda antiterror əməliyyatı rejimi Moskva vaxtı ilə saat 21:45-dən etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.

Digər təfərrüatlar barədə məlumat verilmir.

0
14