Liviyada 70-dən çox İŞİD silahlısı məhv edilib

Liviyada 70-dən çox İŞİD silahlısı məhv edilib

Liviyanın Sirt şəhərində baş verən toqquşmalar nəticəsində 70-dən çox İŞİD silahlısı məhv edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hökumət qoşunlarının itkiləri barədə məlumat verilmir.

Döyüşlərdə 72 silahlının məhv edildiyi bildirilir. Sirt şəhərində terrorçulara qarşı əməliyyat mayın əvvəlindən başlayıb. Məlumata görə, şəhərin əksər əraziləri İŞİD-çilərdən təmizlənib. Avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.

A.S.

0
13