Məşhur braziliyalı futbolçunun evi qarət olunub

Məşhur braziliyalı futbolçunun evi qarət olunub

Futbol üzrə Braziliya yığma komandasının sabiq üzvü Romarionun evi qarət olunub.

Oxu.Az bu barədə Report-a istinadla xəbər verir.

Canilər evdən portativ kompüter və Romarionun çoxsaylı oyun futbolkalarını oğurlayıblar. Qarətçilər hadisə yerinə yaxın yerləşən avtobus dayanacağında saxlanılıblar və bütün oğurladıqları əşyalar onların üzərində olub.

Romario futbolçu karyerasını 2008-ci ildə başa vurub. O Braziliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu olub. Futbolçu 2010-cu ildə Braziliya Sosialist Partiyasından Milli Konqresin Aşağı Palatasına seçilib.

A.S.

0
12