AFFA körpüdən yıxılan azarkeşin müalicə xərcini öz üzərinə götürdü

AFFA körpüdən yıxılan azarkeşin müalicə xərcini öz üzərinə götürdü

Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə matçını izləmək üçün Bakı Olimpiya Stadionuna gedən azarkeşlərdən biri bədbəxt hadisə ilə üzləşib. Körpüdən yıxılaraq ciddi xəsarət alan Nahid Zahidov təcili yaxınlıqdakı xəstəxanaya aparılıb.

AFFA-dan Oxu.Az-a verilən məlumata görə, artıq AFFA rəhbərliyi xəsarət almış azarkeşə xəstəxanada baş çəkib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, hazırda reanimasiyada olan xəstənin vəziyyəti ilə maraqlanan rəhbərlik onun bütün müalicə xərclərini öz üzərinə götürüb.

A.M.

0
8