Sarkisyan Qarabağa görə xalqa müraciət edəcək

Sarkisyan Qarabağa görə xalqa müraciət edəcək

“Ermənistan Prezidenti ərazilərin qaytarılması məsələsini müzakirə edir”.

Ermənistan Prezidenti Serj Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək. 

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında gizli və sürətli proseslər gedir. 

“Ermənistan və Azərbaycan mətbuatında Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllini birbaşa öz nəzarətinə götürməsi haqda məlumatlar yayılır. Gözlənildiyinə görə, yaxın günlərdə fəal danışıqlar başlanacaq. Bəzi məlumatlara əsasən, Serj Sarkisyan Dağlıq Qarabağa da məhz buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sarkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir”, - qəzet belə yazır.

Erməni ekspertlərinin fikrincə, Sarkisyan bu müraciətdə münaqişənin həlli variantlarını və ərazilərin qaytarılması məsələsindən danışacaq. Belə ki, o, münaqişənin həlli ilə bağlı güzəştə getmək üçün xalqı inandırmağa məcburdur.

0
26