Çeçenistanda polislə silahlılar arasında atışma: Ölən və yaralanlar var

Çeçenistanda polislə silahlılar arasında atışma: Ölən və yaralanlar var

Çeçenistanın Qudermes rayonunda silahlı qrup məhv edilib.

Oxu.Az TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qudermes rayonunda Engel-yurd və Qerzel yaşayış məntəqələri arasında mobil polis postu qurulub.

Polis yoldan keçən iki minik avtomobilini yoxlama aparmaq üçün dayandırmaq istəyib. Ancaq avtomobillərdən polisə atəş açılıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları atışmada 7-ə qədər silahlının öldürüldüyünü bildiriblər.

Öldürülən silahlıların şəxsiyyəti müəyyənləşdirilir.

A.M.

0
15