İlhamə Quliyevanın evində klip çəkildi - ÖLÜMÜNDƏN SONRA

İlhamə Quliyevanın evində klip çəkildi - ÖLÜMÜNDƏN SONRA

İlhamə Quliyevanın vəfatından sonra sənətkarın sağlığında  işıq üzü  görməyən mahnısına klip çəkilib. Lent.az-ın məlumatına görə, müğənni Ramal İsrafilov İlhamə Quliyeva ilə ifa etdiyi "Hədiyyəm olsun" adlı mahnıya ekran həyatı verib. Duet İlhamə Quliyevanın sağlığında ifa olunsa da, işıq üzü görməyib. Klip sənətkarın xatirəsinə həsr olunub

Ekran işi mərhum müğənninin yaşadığı mənzildə lentə alınıb.

Müğənninin oğlu Orxan Nadirov çəkilişin evdə aparılmasına icazə verib.

Klipin rejissoru Nail Naiboğludur.

Mahnının sözləri Ülviyyə Könül, musiqisi isə Ramala aiddir.

0
13