Gürcüstandakı seçkilərdə hakim partiya liderdir

Gürcüstandakı seçkilərdə hakim partiya liderdir

Gürcüstanda parlament seçkilərində məntəqələrin 21,99 faizi üzrə hesablanmış bülletenlərin nəticəsinə görə hakim “Gürcü arzusu” partiyası səslərin 52,67 faizini, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası 24,85 faiz səs  toplayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tamara Jvaniya bildirib.

 “3702 seçki məntəqəsindən 814-ü üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, “Vahid Milli Hərəkat” - 24,85 faiz, “Gürcü arzusu” isə - 52,67 faiz toplayıb”, - deyə Jvaniya bildirib.

MSK təkmandatlı dairələr üzrə səsvermənin nəticələrini hələlik elan etməyib.

MSK-nın xəbərinə görə, beşfaizlik həddi yalnız “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” partiyaları adlamağa müvəffəq olub.

“Vətənpərvərlər Alyansı” 4,66 faiz, “Paata Burçaladze – Xalq üçün Dövlət”- 4,08 faiz, “İrakli Alasaniya – Azad demokratlar” – 3,45 faiz, “Nino Burcanadze – Demokratik hərəkat” – 3,23 faiz səs toplayıb.

0
14