Döyüşlərdən sonra aşkar olunun partlamamış hərbi sursatlarla bağlı - MƏLUMAT

Döyüşlərdən sonra aşkar olunun partlamamış hərbi sursatlarla bağlı - MƏLUMAT

Əməliyyat keçirilib.

ANAMA aprelin 20-də Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat açıqlayıb.

ANAMA-dan Oxu.Az-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib, 7 500 kv.m. ərazi yoxlanılıb.

Qapanlı kəndində 4 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib, 7 partlamış sursat aşkar edilib və 13 200 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonununun Tapqaraqoyunlu kəndində 890 kv.m ərazi yoxlanılıb, 5 ev və həyətyanı sahələrdə 9 partlayış yerinə baxış keçirilib, 9 partlamış sursat aşkar edilib.

Füzuli rayonunun Horadiz şəhəri və ətrafında 1 445 kv.m ərazi yoxlanılıb, 7 partlayış yerinə baxış keçirilib, 7 partlamış sursat aşkar edilib.

Ağdam rayonunun Ballar kəndində 4 500 kv.m ərazi yoxlanılıb, 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib.

Baharlı kəndində 5 000 kv.m ərazi yoxlanılıb, 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamış sursat aşkar edilib.

20 aprel 2016-cı il tarixində Agentlik tərəfindən ümumilikdə 12 ev, 30 partlayış yeri, 3 əkin sahəsi və 32 535 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 07-20 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 300 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

0
16