Prezidentin qızları millinin oyununda – FOTO

Prezidentin qızları millinin oyununda – FOTO

Oktyabrın 8-də, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşan millimiz qalib gəlib (1:0).

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, matçı Bakı Olimpiya Stadionunda izləyənlər arasında prezident İlham Əliyevin qızları-Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və bacısı Arzu Əliyeva da olub.

Eyni zamanda onlarla birgə stadiona dünya şöhrətli aktyor Stiven Siqal, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və digər rəsmi şəxslər də gəlib.

A.M.

0
5