Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,05 dollar və yaxud 0,09% azalıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 52,64 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

E.Ə.

0
18