DÇ-2018: Millimizin ilk ev sınağı

DÇ-2018: Millimizin ilk ev sınağı

 Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti matçlar baş tutacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxacaq.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edəcək. Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə çalışacaq. Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qırıb, ilk dəfə rəqib qapısına yol tapmaq, növbəti qələbəsini bayram etmək iddiasındadır.

Turun son oyun günündə Azərbaycan yığmasının yer aldığı C, həmçinin E və G qruplarında da görüşlər keçiriləcək.

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

C qrupu

II tur

8 oktyabr

20:00. Azərbaycan - Norveç

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Bakı Olimpiya Stadionu

22:45. Şimali İrlandiya – San-Marino

22:45. Almaniya – Çexiya

 

E qrupu

II tur, 8 oktyabr

20:00. Ermənistan - Rumıniya

20:00. Monteneqro - Qazaxıstan

22:45. Polşa – Danimarka

F qrupu

II tur, 8 oktyabr

20:00. İngiltərə - Malta

22:45. Şotlandiya - Litva

22:45. Sloveniya – Slovakiya

0
9