Azərbaycan - Norveç matçı hansı kanallarda canlı yayımlanacaq?

Azərbaycan - Norveç matçı hansı kanallarda canlı yayımlanacaq?

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində futbol üzrə millimiz qrupda ikinci oyununu Norveçə qarşı doğma meydanda keçirəcək.

Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma tək ölkəmizdə yayımlanmayacaq.

Millimizin seçmə mərhələdəki görüşü “İctimai” kanaldan (İTV) canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. İTV ilə yanaşı, millimizin oyununu Rusiyanın “Matç! Futbol 2” kanalı da yayımlayacaq.

Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması oktyabrın 8-i saat 20:00-da başlayacaq.

E.Ə.

0
83