Gürcüstanda parlament seçkiləri başlayıb

Gürcüstanda parlament seçkiləri başlayıb

Bu gün yerli vaxtla səhər saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, ölkənin səsvermə hüquqlu 3,53 milyon seçicisi bu gün 150 nəfər deputat seçməlidir.

Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, deputatlığa namizədlər əsas 25 subyekt – 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də bu subyektlərin təşəbbüs qrupları tərəfindən majoritar qaydada irəli sürülüb.

Hər bir siyasi partiya və bloklar, eləcə də onların təşəbbüs qrupları tərəfindən 150 nəfərdən 200-dək deputatlığa namizəd irəli sürülüb.

Seçkilərlə əlaqədar Gürcüstanda 73 seçki dairəsi üzrə 3 min 636 məntəqə seçki komissiyası yaradılıb.

Seçkilərdə 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb.

E.Ə.

0
14