Bu gün Azərbaycan yığması Norveçlə qarşılaşacaq

Bu gün Azərbaycan yığması Norveçlə qarşılaşacaq

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün daha 9 oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, “C”, “E” və “F” qrupunda çıxış edən komandalar mübarizə aparacaq.

“C” qrupunun ilk oyununda Azərbaycan millisi Norveçi qonaq edəcək.

Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

C qrupu

20:00. Azərbaycan - Norveç

Bakı. Bakı Olimpiya Stadionu

E.Ə.

0
11