Məşhur “Kapalıçarşı”da 600 mağaza bağlandı

Məşhur “Kapalıçarşı”da 600 mağaza bağlandı

Dünyanın ən qədim ticarət mərkəzlərindən olan İstanbul "Kapalıçarşı" da mağazalar turizmdə yaşanan sıxıntılar səbəbindən bir-birinin ardınca bağlanır.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, işlərin yolunda olduğu vaxtda gündə 500 min nəfərin axın etdiyi Kapalıçarşıda satıcılar artıq “siftə” də edə bilmir. Turizmdəki dönüş əsasən ticarət mərkəzlərini “vurur” və İstanbul "Kapalıçarşı" dakı 3600 mağazadan 600-ü artıq bağlanıb.

Kapalıçarşı sahibkarlar dərnəyinin sədri Hasan Fırat ay sonuna bu rəqəmin 1000-ə çatacağını bildirib. O, qeyd edib ki, il sonuna qədər mağazalardan 1500-ünün bağlanacağı gözlənilir.

Hasan Fırat bildirib ki, İstanbula gələn turistlər üçün "Kapalıçarşı" vazkeçilməz idi: “Bu ilin yanvarından turist sayının kəskin azalmasına baxmayaraq, mağaza sahibləri çətin günlərin keçib getməsini gözləyirdi ki, 15 iyulda çevrilişə cəhd oldu. Bura əsasən xarici vətəndaşlar gəlirdi. Onlar da hədiyyə üçün çanta, zərgərlik əşyaları alırdılar. Türislər gəlmədikdə qızıl, hədiyyə mağazaları satış edə bilmədi və ilk bağlanan dükanlar da elə onlar oldu”.

Hasan Fırat bildirib ki, bir neçə il əvvəl burada mağaza açmaq istəyən iş adamları yüksək məbləğlər ödəyirdilər: “İndi jalüzi çəkilən bir mağazanın yerinə yeni kirayəçi tapa bilmirik. Aylardır boş qalan dükanlar, kirayə haqqinı ödəyə bilməyən sahibkarlar var. Burada 25 min adam işləyir. əvvəllər bu rəqəm 35 min idi. Artıq mağaza sahibi işçinin həftəlik əmək haqqını da ödəyə bilmir”.

0
12