Oteldə 27 nəfər qazdan zəhərləndi

Oteldə 27 nəfər qazdan zəhərləndi

Almaniyada oteldə baş verən qaz sızması nəticəsində 27 nəfər zəhərlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Memminqen şəhərində (Bavariya Federal Torpağı) baş verib.

Zərərçəkənlərdən 1-in vəziyyəti ağır kimi qiymətləndirilir. Qaz sızmasının səbəbi hələ ki, məlum deyil. Otel bağlanıb. İnsidentlə bağlı araşdırma aparılır.

0
12