Hindistan-Pakistan sərhədində sədd tikiləcək

Hindistan-Pakistan sərhədində sədd tikiləcək

Hindistan və Pakistan arasında sərhəddə 2018-ci ilə qədər sədd və digər müdafiə sistemləri quraşdırılacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın DİN rəhbəri Racanth Sinqx sərhədyanı ştat və regionların rəhbərləri ilə Acmərədə keçirilən görüşdə bildirib.

“Vaxt müəyyən edilib. Bu 2018-ci ilin dekabrına qədər ediləcək. Hazırda biz fəaliyyət planı hazırlayırıq”, - Sinqx deyib, onun sözlərini NDTV sitat gətirib.

İki ölkə arasında sərhədin uzunluğu 2900 km-dir, sərhəddə sədd var, amma bu sədd bütün sərhəd boyu deyil, həm də bir çox sahələrdə maneə tikilisi köhnəlib və müasir tələblərə cavab vermir.

N.O.

0
12