İlham Əliyev: Bu il idmançılarımız bizi çox sevindirib

İlham Əliyev: Bu il idmançılarımız bizi çox sevindirib

“Bu il idmançılarımız da bizi çox sevindirib”.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan komandası Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb.

“Medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdəyik. Bax, bu rəqəmləri şərh etməyə heç bir ehtiyac yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.

N.O.

0
8