Çeçenistan parlamentinin spikeri baş hakimi döydü

Çeçenistan parlamentinin spikeri baş hakimi döydü

Çeçenistan parlamentinin spikeri Məhəmməd Daudov respublikanın Ali Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyüb.

Oxu.Az xəbər verir ki, bu barədə Qroznıdakı mənbəyə istinadən “Qafqaz.Reallıqlar” məlumat yayıb.

Nəşrin məlumatına görə, Daudov 10 maşından ibarət karvanla məhkəmə binasının yanına gəlib, 40-a yaxın adam məhkəmə binasını mühasirəyə alıb və Daudov Murdalovun kabinetinə girib.

“Spiker Ali Məhkəmənin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyməyə başladı və ondan səhhəti ilə əlaqədar işdən çıxmaq haqqında ərizə yazmasını tələb etdi. Murdalov bu təklifə razı olmadı. Daudov ilə birgə onu bir neçə mühafizəçi də döyməyə başlayıb. Bununla yanaşı, Daudov Murdalovu öldürməklə də hədələdi”.

“Öldürmək – kişilik deyil, bundan artığını bacarmazsan, mənim itirəsi heç nəyim yoxdur”, - hədəyə verilən cavab bu oldu.

Nəticədə Daudov məhkəmə binasını tərk edti, mühasirə aradan qaldırıldı”, - “Azadlıq Radiosu”nun Qafqaz layihəsinin məlumatında deyilir.

Mənbənin məlumatına görə, Qroznıda heç bir həkim Murdalovun vəziyyəti barədə tibbi müayinə arayışını verməyə razılaşmayıb, daha sonra hakim Çeçenistan üzrə FTX idarəsinin zabitinə müraciət edib.


N.O.

0
21