Prezidentdən süni qiymət artımı ilə bağlı sərt xəbərdarlıq

Prezidentdən süni qiymət artımı ilə bağlı sərt xəbərdarlıq

Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın minimuma endirilməsi ilə bağlı tapşırıqlar verib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir:

“Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”.

Prezident İlham Əliyev 2016-cı ildə ölkədə bir sıra işlərin aparıldığı və onların artıq nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini deyib. Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib.

Gələn ilin dövlət büdcəsinin yenə də sosialyönümlü olmasının vacibliyini vurğulayan dövlət başçısı bununla belə investisiyayönümlü layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı tapşırıqlarını verərkən vurğulayaraq bildirib ki, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.

Dövlət başçısı ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağına əminliyini ifadə edib.

U.A.

0
10