Aqrar məhsulların qiyməti artıb – SİYAHI

Aqrar məhsulların qiyməti artıb – SİYAHI

Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7% artıb.

Oxu.Az-a bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Bu ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1%, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5% artıb.

Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində azalma, lobya, xiyar, badımcan, pomidor, bibər, baş sarımsaq, fındıq, armudun istehsalçı qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında heyvandarlıq məhsullarından mal əti, quş ətinin, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

U.A.

0
12