Pakistanda sərnişin qatarında partlayış: Ölənlər var

Pakistanda sərnişin qatarında partlayış: Ölənlər var

Pakistanın cənubi-qərbində Kvettadan Ravalpindiyə gedən sərnişin qatarında partlayış olub.

Oxu.Az bu barədə “ABC News”a istinadən xəbər verir.

Qeyd edilir ki, bombanın partlaması nəticəsində ən azı altı nəfər ölüb, daha 19 nəfər isə yaralanıb. Onlardan bəziləri kritik vəziyyətdədir.

Dəqiqləşdirilmiş məlumata görə, bomba Belucistan əyalətinin Maha kəndi yaxınlığında partlayıb.

Pakistanın Dəmir yolları naziri Xavaca Saada Rafik baş verən hadisəni “terror aktı” adlandırıb.

Hazırda partlayış üçün məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.

N.O.

www.oxu.az

0
16