Azərbaycanda illik inflyasiya 11%-i ötdü

Azərbaycanda illik inflyasiya 11%-i ötdü

2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2% artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6% artıb.

Ay ərzində düyünün, unun, çörəyin, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, bananın, üzümün, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kartofun, kökün, çuğundurun, sarımsağın, tütün məmulatlarının qiymətlərində artım qeydə alınıb.

Almanın, balqabağın, soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

U.A.

0
12