Haitidə qasırğa qurbanlarının sayı 478 nəfərə çatıb - YENİLƏNİB

Haitidə qasırğa qurbanlarının sayı 478 nəfərə çatıb - YENİLƏNİB

Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 478 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Son dəfə ölənlərin sayının 339 nəfər olduğu açıqlanmışdı.

***

saat 10.06

Bakı - APA. Haitidə "Metyu" qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.

"Metyu" 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.

***

 “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət qurbanlarının əksəriyyəti – 98 nəfəri Haitidə qeydə alınıb.

“Metyu” qasırğasının yaxınlaşması səbəbindən Kybada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib.

Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür.

0
12