Norveç millisinin Bakıya gəlməsi qalmaqala səbəb oldu

Norveç millisinin Bakıya gəlməsi qalmaqala səbəb oldu

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Norveç yığması artıq Bakıdadır.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Norveç millisi Bakıya dünən gecə saatlarında birbaşa çarter reysi ilə gəlib.

Skandinaviyalılar paytaxtımızda 5 ulduzlu hotellərin birində məskunlaşıblar. Lakin Norveç Futbol Federasiyası bu səfərlə əlaqədar ciddi tənqidə məruz qalıb.

Belə ki, rəqib komandanın ölkəmizə çarter reysi ilə gəlməsi yerli mətbuat tərəfindən birmənalı qarşılanmayıb. Federasiya rəhbərliyinin əsas milliyə xərclədiyi pulun həddindən artıq olduğu vurğulanıb. Norveç mətbuatı bunu xüsusi vurğulayaraq federasiya rəhbərliyinin bədxərclik etdiyini bildirib.

Lakin Norveç federasiyasından verilən açıqlamada narazılıq qəbul olunmayıb.

Bildirilib ki, komandanın Bakıya çarter reysi ilə gəlməsi məsafənin uzaq olması ilə əlaqədardır.

E.Ə.

0
11