Sülh üzrə Nobel mükafatını Kolumbiya prezidenti alacaq

Sülh üzrə Nobel mükafatını Kolumbiya prezidenti alacaq

Sülh üzrə Nobel mükafatını FARC-dan olan partizanlarla münaqişəyə son verən Kolumbiya prezidenti Xuan Manuel Santosa təqdim ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə mükafatın saytında məlumat yayılıb.

2016-cə ildə Nobel mükafatı laureatları 8 milyon İsveç kronu (931 min dollara yaxın) alacaq. Laureatların təltifetmə mərasimi ənənəvi olaraq Nobel mükafatçısının təsisçisi İsveç sahibkar və ixtiraçı Alfred Nobelin (1833-1896) vəfat etdiyi gün - dekabrın 10-da Stokholmda baş tutacaq.

N.O.

www.oxu.az

0
9