Abdolbari Gözəl: Manat 110% ucuzlaşıb, bizim məhsullar isə 30% bahalaşıb

Abdolbari Gözəl: Manat 110% ucuzlaşıb, bizim məhsullar isə 30% bahalaşıb

“Ağ bayraq qaldırmağa hazıram”.“Mətbuatda son zamanlar “Azərsun Holdinq”in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.

“Məlumatı yanlış təqdim edirlər. İki devalvasiya nəticəsində manat 110% dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların dəyəri 30% artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır.

Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq.

Duz, konserv və tomat istehsalı 100% yerli xammala əsaslanır. Lakin bu məhsulların qablaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram”, - deyə o bildirib.

U.A.

0
6